Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub

9 Avqust 2020 11:16
Bəyəndim (30) Bəyənmədim (0)

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Martdan təxirə salınan 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində son iki matç baş tutub.

Hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıblar. İngiltərədəki ilk oyunda da qalib gələn “Bavariya” “Çelsi”ni yenərək 1/4 finala yüksəlib.

“Barselona” isə “Napoli”ni mübarizədən kənarlaşdırıb. İspaniya təmsilçisi İtaliyada heç-heçə etdiyi rəqibi doğma divarlar arasında məğlub edib.

Qeyd edək ki, 1/8 finalın təxirə salınan digər iki matçı avqustun 7-də keçirilib.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 avqust
23:00. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) – 4:1
Qollar: Levandovski, 10 (pen.), 84, Perişiç, 24, Tolisso, 76 – Abraham, 41
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Münhen. “Alyans Arena”
İlk oyun – 3:0

23:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya) – 3:1
Qollar: Lenqle, 10, Messi, 23, Suares, 45+1 (pen.) – İnsinye, 45+3 (pen.)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun – 1:1

Oxuməni.az