UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub

UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub

26 Noyabr 2020 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.

Oxuməni.az xəbər verir ki, son oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma keçirilib.

A qrupunda "Bavariya" "Zalsburq"a 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib. "Atletiko" isə "Lokomotiv"lə qolsuz bərabərə qalıb.

B qrupunda "İnter" "Real"la 0:2 hesabı ilə uduzub. Münhenqladbax "Borussiya"sı isə "Şaxtyor"u darmadağın edib 4:0.

C qrupunda "Mançester Stii" "Olimpiakos"a minimal hesabla qalib gələrək 1/8 finala adını yazdırıb. Qrupun digər matçında "Portu" "Marsel" üzərində qələbə qazanıb - 2:0.

D qrupunda isə Çempionlar Liqasının son qalibi İngiltərə "Liverpul"u İtaliyanın "Atalanta" klubunu qəbul edib və 0:2 hesabı ilə uduzub. Digər görüşdə "Ayaks" "Midtülland"a 3:1 hesabı ilə qalib gəlib.

Oxuməni.az