5-ci mərtəbədən yıxılan 4 yaşlı Kənan öldü
Bərdədə dörd yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Apa-nın Qarabağ bürosunun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan Hidayətovlar ailəsinin 4 yaşlı üzvü eyvanın pəncərəsinə vurulan tora söykənərək küçəyə baxmaq istəyib. Torun qırılması nəticəsində 2009-cu il təvəllüdlü Hidayətov Kənan Samir oğlu beşinci mərtəbədən yıxılaraq ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər