Yanan evdə 3 yaşlı uşaq can verdi
Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı ev yanıb.Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2010-cu il təvəllüdlü Abdullayev Orxan Novruz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O.M.
Digər xəbərlər