Pakistanda zəlzələ 208 can alsa da, sakinlərə ada bəxş edib
Pakistanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 208 nəfərə çatıb.
Apa-nın "Reuters"ə istinadən xəbərinə görə, yeraltı təkanlar Bəlucistan əyalətinin Avaran dairəsi daha çox zərər vurub.Təbii fəlakət nəticəsində ən azı 373 nəfər yaralanıb, binaların 90%-i dağılıb.Qeyd edək ki, sentyabrın 24-də gündüz saatlarında Pakistanın cənub-qərbində 7,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Avaran şəhərinin 66 km-liyində qeydə alınıb. Zəlzələ Kəraçidə, Hindistanın Heydərabad və Dehli şəhərlərində də hiss olunub. Təbii fəlakət nəticəsində Ərəbistan dənizində - Pakistanın Qvadar şəhəri yaxınlığında dənizdən ada üzə çıxıb.
O.M.
Digər xəbərlər