Ruhi xəstələrimiz çoxalıb

Ruhi xəstələrimiz çoxalıb

28 Sentyabr 2013 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Son illər Azərbaycan əhalisi arasında psixi xəstəliklərlə xəstələnmə halları artıb. Dövlət Statistika Komitəsinin məlumatları belə deməyə əsas verir.

Oxumeni.az bildirir ki, rəsmi statistikaya görə, ötən il ərzində 4 mindən çox adama ilk dəfə psixi xəstə diaqnozu qoyulub. Hazırda Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı 120 minə yaxındır.

Statistikaya görə, Azərbaycanda ilk dəfə psixi xəstə diaqnozu qoyulmuş xəstələrin sayında azalma baş versə də, qeydiyyata duranların sayında artım olub. Belə ki, 2011-ci ildə 5109 nəfərə ilk dəfə psixi xəstə diaqnozu qoyulubsa, ötən il bu rəqəm 161 nəfər azalaraq 4948 nəfər olub. Müalicə-profilaktika müəssisələrində qeydiyyata düşənlərin sayı 2011-ci ildə 116.329 nəfər olubsa, ötən il bu rəqəm 4810 nəfər artaraq 121139 nəfərə çatıb.

Rəsmi açıqlamalar görə, ölkədə hər 100 min nəfərinə 53,9 psixi xəstə düşür. Əgər 2000-ci ildə ölkəmizdəki müalicə-profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı 97279 nəfər olubsa, 2012-ci ildə bu rəqəm 121139 nəfərədək artıb. Göründüyü kimi, 9 il ərzində ölkədə psixi xəstəliklərə mübtəla olanları sayı 23860 nəfər çoxalıb. Həkimlər bu rəqəmin getdikcə artacağını istisna etmirlər.

Respublikanın baş psixiatırı Gəray Gəraybəyli xəstələrin sayının artmasının səbəbini ilk növbədə stress və gərginliklə bağlı olduğunu deyir. Onun sözlərinə görə, ekoloji faktorlar və vaxt azlığı da psixi xəstəliyə səbəb olan amillərdir. "Depressiya, həyəcan pozuntularınınb sayı günü-gündən artır. Psixi pozuntuların sayının artması bir yox bir neçə faktorla bağlıdır. İlk növbədə bunlara stress, gərginlik səbəb olursa informasiyanın çoxluğu, vaxt azlığından baş verir. Daim tələsmək və yaxşı yatmamaq da insanların psixi pozuntularına səbəb olur. Həttə son illər ekoloji vaktorlar da insanlarda bu xəstəliklərin sayının artmasına səbəb olur".

O.M.