Suriyada döyüşmək istəyən azərbaycanlılar saxlanıldılar

Suriyada döyüşmək istəyən azərbaycanlılar saxlanıldılar

5 Mart 2014 12:15
Bəyəndim (0) Bəyənmədim (0)
Dini ekstremist qruplaşmanın üzvləri tutuldular

Ötən il Suriyada təlimlərə qatılan Azərbaycan vətəndaşları saxlanılıblar.

Bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilib.Hesabatda qeyd olunub ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə, hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar.Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.