Qarabağ müharibəsinin iştirakçısı əfv olundu

Qarabağ müharibəsinin iştirakçısı əfv olundu

27 May 2014 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) 15 saylı Cəzaçəkmə Müəssisəsində icra edilib.

Tədbirdə çıxış edən PX rəis müavini Nizaməddin Cəlilov deyib ki, əfv sərəncamı 171 nəfərə şamil edilib, onlardan 157 nəfər penitensiar müəssisələrdə cəza çəkən şəxslərdir. Bu müəssisədən iki nəfər - Əfqanıstan vətəndaşı Paşdon Bərəkətullah Əzəmətullah oğlu və Azərbaycan vətəndaşı Tale İsmayılov azadlığa buraxılıb. Əfv edilən Əfqanıstan vətəndaşının Qarabağ müharibəsinin iştirakçısı olduğu bildirilib. Qeyd olunub ki, əfv sərəncamının icrası bu gün başa çatacaq.

Mediainfo.az