Neft meydançasında qəza – rəsmi

Neft meydançasında qəza – rəsmi

23 Oktyabr 2014 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Xilasedicilər dənizə düşən bir nəfərin xilas edilməsi istiqamətində tədbirlər görür

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) neft quyuları olan meydançada baş verən yanğınla əlaqədar açıqlama yayıb. ARDNŞ-dan Apa-ya verilən məlumata görə, N.Nərimanov adına NQCİ-nin ərazisində 441 saylı qəzalı meydançada uçqun baş verib. Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşmüş və meydançanın üstündən keçən 700 diametrlik boru kəmərinin qırılması nəticəsində yanğın baş verib.

Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, "Vixır-5" yanğınsöndürən gəmisi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunublar.

ARDNŞ hadisənin səbəblərinin araşdırıldığını, əlavə məlumat veriləcəyini bildirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, meydançada baş verən yanğın artıq söndürülüb: "Hazırda xilasedicilər dənizə düşən bir nəfərin xilas edilməsi istiqamətində tədbirlər görür".

Mediainfo.az