Sərnişin avtobusunun iştirakı ilə qəza

Sərnişin avtobusunun iştirakı ilə qəza

2 Dekabr 2014 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, yol qəzası bu gün Rizvan Teymurov küçəsi-20 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Gülüş Daşdəmir oğlu Mənsimovun idarə etdiyi 10-FU-680 dövlət nömrə nişanlı, "VAZ 21-012" markalı minik avtomobili ilə, 1974-cü il təvəllüdlü Gözəl Novruz oğlu Əhmədovun idarə etdiyi, 212 saylı xətt üzrə hərəkət edən "DAEWOO" markalı sərnişin avtobusu toqquşub. Qəza zamanı ağır bədən xəsarəti alan G. Mənsimov 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Mediainfo.az