Avtomobildə külli miqdarda narkotik aşkarlanıb
Masazır sakinindən külli miqdarda narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masazır qəsəbə sakini Mirzə Manafovun idarə etdiyi "Mercedes" markalı avtomobildə 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram marixuana aşkar edilib.
Mediainfo.az
Digər xəbərlər