Əhaliyə 7,6 milyard manatlıq istehlak malları satılıb
Bu ilin altı ayı ərzində ticarət şəbəkəsindən əhaliyə 7,6 milyard manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çox istehlak malları satılıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, istehlak mallarının 7,3 milyard manatı pərakəndə ticarət, 229,7 milyon manatı iaşə şəbəkələrində realizə olunub. Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 61,4 faizi ərzaq məhsullarının, 38,6 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Altı ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 2,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz çox pullu xidmətlər göstərilib.
Qiymət hər zaman dəyər demək deyil.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər