İki minik avtomobili toqquşub - FOTO
Göyçay rayonunda ağır avtomobil qəzası baş verib. Hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. 10-CV-605 dövlət nömrə nişanlı, "VAZ 21099" və 62-BB-913 dövlət nömrə nişanlı, "NİVA" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb. Yaralılar təcili və təxirəsalınmaz tibbi yardım maşını ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanların adları hələ ki, məlum deyil.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər