Biləsuvarda yol kənarında külli miqdarda heroin aşkarlanıb
Biləsuvar rayonunda yol kənarında 5 kiloqrama yaxın narkotik maddə aşkar edilib.
Apa-nın cənub bürosunun verdiyi məlumata görə, Səmədabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat zamanı Biləsuvar və Cəlilabad rayonları arasındakı otlaq sahəsində, köynəyə bükülmüş halda 4 kq 680 qram çəkidə heroin aşkarlanıb.
Ehtimal olunur ki, həmin narkotik maddə İrandan qaçaq yolla satılmaq üçün Azərbaycana keçirilib. Hazırda polis narkotik maddəni satmaq istəyən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Mediainfo.az
Digər xəbərlər