Hindistanın Azərbaycandakı səfirinin evini yardılar
Evdən Nizami Gəncəvinin büstü oğurlanıb
Bakıda səfirin evindən oğurluq edilib.
Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, oğurluq hadisəsi Yusif Vəzir Çəmənzəminli küçəsi, 75 ünvanında ötən gün axşam saatlarında qeydə alınıb. Hindistanın Azərbaycandakı səfiri Vinod Kumarın həmin ünvanda kirayə yaşadığı evdən Nizami Gəncəvinin büstü naməlum şəxslər tərəfindən oğurlanıb. Hazırda oğurluq edən şəxsin kimliyi araşdırılır.
O.M.
Digər xəbərlər