Restoran sahibinin başını deşik-deşik etdilər
Hadisə Xaçmazda yaşanıb
Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.
Apa-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhərində yerləşən "Elmin" şadlıq sarayının sahibi, iş adamı 60 yaşlı Adil Quliyev sentyabrın 11-də bıçaqlanıb. Şadlıq sarayı ilə üzbəüz kafedə ona baş nahiyəsindən iki bıçaq zərbəsi vurulub. A. Quliyev dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, vəziyyəti orta-ağırdır. Hadisənin kim və kimlər tərəfindən törədildiyi, habelə baş vermə səbəbi araşdırılır.
O.M.
Digər xəbərlər