Bıçaqlanan gözətçi öldü - Foto

Bıçaqlanan gözətçi öldü - Foto

22 May 2014 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabadda 10 gün öncə bıçaqlanmış məktəb gözətçisi ötən gecə dünyasını dəyişib.

Bu barədə apa -nın cənub bürosuna Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib. Hadisəni törətmiş 8 saylı texniki və humanitar fənlər təmayüllü orta məktəb-liseyin şagirdi Bəxtiyar Əsədullayev isə həbs olunaraq istintaq orqanlarına təhvil verilib.

Qeyd edək ki, bıçaqlanma hadisəsi mayın 12-də Cəlilabad şəhərinin Heydər Əliyev prospektində yerləşən 8 saylı texniki və humanitar fənlər təmayüllü orta məktəb-liseyin həyətində qeydə alınıb. Məktəbin gecə gözətçisi kimi çalışan Cəlilabad sakini, 47 yaşlı Şəmsəddin Ağasaleh oğlu Məlikov həmin məktəbin 10-cu sinif şagirdi Bəxtiyar Salamat oğlu Əsədullayev tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarəti alan yaralı yerli sakinlərin müdaxiləsi ilə dərhal Cəlilabad MRX-a çatdırılaraq üzərində cərrahiyyə əməliyyatı olunub. Sonradan onun vəziyyəti ağırlaşdığından Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq Ş.Məlikov dünyasını dəyişib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.