Sabiq prezidentlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzində - FOTO

Sabiq prezidentlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzində - FOTO

8 Oktyabr 2014 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Latviyanın sabiq prezidenti Valdis Zatlers və Estoniyanın sabiq dövlət başçısı Arnold Ruutel Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Apa -ya verilən məlumata görə, mərkəzin ofisi, fəaliyyəti, ilə yaxından tanış olan eks-prezidentlərə təşkilatın həyata keçirdiyi son tədbirlər, yeniliklər, eləcə də gələcək planlar, xüsusilə də 2015-ci ildə keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verilib, müzakirələr aparılıb.

Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan hər iki sabiq prezident Valdis Zatlers və Arnold Ruutel Bakıda keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda səfərdə olub.

Mediainfo.az