Nazirlik Minsk Kitab Sərgisində iştirak edəcək

Nazirlik Minsk Kitab Sərgisində iştirak edəcək

5 Fevral 2015 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və Turizm Nazirliyi Minsk Kitab Sərgisində iştirak edəcək.

Nazirlikdən Apa -ya verilən məlumata görə, sərgi fevralın 11-dən 15-dək davam edəcək. Nazirlik artıq doqquzuncu dəfədir ki, Minsk sərgisində təmsil olunur. Builki sərgidə nazirliklə yanaşı, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və "Hədəf nəşrləri" də iştirak edəcək. Sərgi zamanı 200 adda nəşr məhsullarının, turizm materiallarının nümayişinin təşkili və Bakıda keçiriləcək İlk Avropa Oyunlarının geniş təbliğatı nəzərdə tutulub.

Sərgi çərçivəsində baş tutacaq "Yazıçı və zaman" mövzusuna həsr olunan ədiblərin beynəlxalq simpoziumunda Azərbaycanı şair Çingiz Əlioğlu təmsil edəcək.

Qeyd edək ki, hər il təşkil olunan sərgiyə təqribən 150 000 ziyarətçi və 40-dan çox ölkədən iştirakçılar gəlir.

Mediainfo.az