“Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib”

“Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib”

14 May 2018 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

Mediainfo.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır: - Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı; - Namizəd ali təhsilli olmalıdır. Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 15 may 2018-ci il tarixdən 30 may 2018-ci il tarixədək Milli Televiziya və Radio Şurasına təqdim etməlidirlər:

1.Ərizə

2.Şəxsiyyət vəsiqəsinin surəti

3.Əmək kitabçasının surəti

4.Tərcümeyi-hal

5.Kadrların şəxsi uçot vərəqi

6.Ali təhsil haqqında dövlət sənədi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra "İctimai Televiziya və Radio Yayımı haqqanda" Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim ediləcək.

***

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında bildirib ki, Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib, o, bu vəzifəni müvəqqəti icra edir.

Qeyd edək ki, B. Qasımov vergilər naziri Mikayıl Cabbarovun xalası oğludur.