Astanada təhlükəsizlik tədbirləri gücləndirilir
Astana polisi gücləndirilmiş növbəyə keçib, paytaxtın perimetri boyunca yeddi nəzarət-buraxılış məntəqəsi qurulur, Tengrinews.kz xəbər verir.
Polisdən verilən məlumata görə, xarici dövlət başçılarının iştirakı ilə paytaxtda qarşıdan gələn iri ictimai-siyasi tədbirlərlə əlaqədar hüquq-mühafizə və təhlükəsizliyin lazımi səviyyədə təmin edilməsi məqsədilə idarənin şəxsi heyəti səfərbər edilib.
Şəhərin perimetri boyu Qaraqanda, Koşı, Kokşetau, Pavlodar şəhərləri, həmçinin Korqajin, Həştərxanka kəndləri istiqamətində 7 nəzarət-buraxılış məntəqəsi yaradılıb.
Noyabrın 1-də prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Fransa lideri Emmanuel Makronun Qazaxıstana rəsmi səfəri baş tutacaq.
Noyabrın 2-də Macarıstanın baş naziri Viktor Orban Astanaya rəsmi səfər edəcək.
Noyabrın 3-də Qazaxıstanın paytaxtında Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçiriləcək. Tədbirdə TDT-yə üzv dövlətlərin - Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistanın başçıları, həmçinin müşahidəçi dövlətlərin - Macarıstan və Türkmənistanın liderləri iştirak edəcəklər.
Əziz Mustafa



































































.jpg-2.jpg)















