25 il azadlıqdan məhrum edilən Türkmənistan rəsmisi azadlığa buraxılıb

25 il azadlıqdan məhrum edilən Türkmənistan rəsmisi azadlığa buraxılıb

4 Noyabr 2023 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin avqustunda 25 il müddətinə azadlıqdan məhrum edilən Türkmənistanın Məryəm vilayətinin keçmiş hakimi (administrasiyasının rəhbəri) Dövranberdi Annaberdiyev azadlığa buraxılıb. Turkmen.news bu barədə regiondakı mənbələrə istinadən xəbər verir.

Keçmiş hakimin azadlığa buraxılmasının dəqiq səbəbi məlum deyil. Turkmen.news iki versiya irəli sürür. Birinə görə, Annaberdiyev külli miqdarda rüşvət verib və ona qarşı qaldırılan maliyyə iddiasını ödəyib. Başqa bir versiyaya görə, keçmiş hakimə Annaberdiyevin yaxşı münasibətdə olduğu Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov kömək edib.

Annaberdiyev 2023-cü ilin iyulunda hökumətin genişləndirilmiş iclasında “işində yol verdiyi ciddi nöqsanlara görə” vəzifəsindən azad edilib.

Əziz Mustafa.