Gürcüstan Aİ-ni dövlət çevrilişinə cəhddə ittiham edib
Gürcüstan paytaxtının meri və hakim “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze bildirib ki, Avropa İttifaqının 2022-ci ildə Gürcüstana namizəd statusu verməkdən imtina etməsi siyasi səbəblərlə bağlıdır.
“Gürcüstana status verilməyəndə onlar bunu necə izah edəcəklərini belə bilmirdilər (Aİ-də). Bu, siyasi motivlərlə bağlı idi və bunun arxasında Gürcüstanda dövlət çevrilişi təşkil etmək, hökuməti devirmək məqsədi dayanırdı”, - Kaladze Aİ-nin Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı bu il gözlənilən qərarından əvvəl deyib.
Onun sözlərinə görə, “Gürcüstan tərəfdaşlığa hazırdır, lakin dostluq ikitərəfli olmalıdır”. “Sanki keçən il xalqımıza deyirdilər ki, siz yaxşısınız və statusa layiqsiniz, amma hökumətiniz pisdir”.
“Onlar burada sabitliyi pozmaq istəyirdilər, amma alınmadı. Gürcüstan xalqı müdrikdir, hər şeyi çox gözəl görür”, - Tbilisi meri qeyd edib. “Biz heç kimə Gürcüstandan və onun xalqından top yemi kimi istifadə etmək hüququnu verməyəcəyik” dedi.
Əziz Mustafa


































































.jpg-2.jpg)
















