İsrail Qəzzanı nəzarətində saxlayacaqmı?

İsrail Qəzzanı nəzarətində saxlayacaqmı?

6 Noyabr 2023 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə İsrailin baş naziri Benyamin Netanyahunun ətrafı ilk dəfə olaraq jurnalistlərə hökumətin müharibə ilə bağlı strateji planlarını açıqlayıb.

İsrail xəbərləri yazır ki, Netanyahu yaxın gələcəkdə Qəzzaya “hərbi nəzarəti” saxlamaq zərurətində israr edəcək, bu isə silahlı qüvvələrin sayının və hərbi büdcənin artırılmasını tələb edəcək. Bu məsələdə Netanyahunu müdafiə naziri Yoav Galant və Hərbi Nazirlər Kabinetinin naziri Benny Gantz dəstəkləyir.

Haaretz-in müxbiri Yonatan Liss də hökumətdəki mənbədən eyni məlumatı alıb: İsrail HƏMAS-ın məğlubiyyətindən sonra belə Qəzzaya nəzarəti davam etdirməkdə israr edəcək.

İsrailin Qərb müttəfiqlərinə bu planlar barədə hələlik rəsmi məlumat verilməyib.

Oxuməni.az