Türkiyə ilə Yunanıstan arasında nümayəndə heyətlərinin görüşü başlayıb

Türkiyə ilə Yunanıstan arasında nümayəndə heyətlərinin görüşü başlayıb

13 Noyabr 2023 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Müdafiə Nazirliyində (MSB) Türkiyə və Yunanıstan arasında “Hərbi Güvən Artırma Tədbirləri Görüşü” başlayıb.
Nazirliyin sosial media hesabından edilən açıqlamada Türkiyə ilə Yunanıstan arasında 4-cü Hərbi Etimad Tədbirləri Görüşünün Milli Müdafiə Nazirliyində başladığı bildirilib. Görüşdə mülki rəsmilərlə yanaşı, iki ölkənin müdafiə nazirliklərindən nümayəndə heyətlərinin də iştirak etdiyi öyrənilib. 2 ildən sonra bir araya gələn iki ölkənin nümayəndə heyətləri Egeydə alınacaq tədbirləri müzakirə edəcək.

Oxuməni.az