Tambov barıt zavodunda partlayış baş verib
Rusiyada Tambov barıt zavodunda baş verən partlayış terror aktı kimi təsnif edilib.
Rusiya naməlum PUA-ların Tambov barıt zavoduna zərbələr vurduğunu etiraf edib, baxmayaraq ki, əvvəlcə yanğının səbəbinin hələ də aydınlaşdırılmadığı bildirilir.
Bildiyiniz kimi, yanğın 300 kvadratmetrdən çox ərazini əhatə edib və bina kül olub. İstintaq çərçivəsində Rusiya Federasiyası zavodun ərazisində PUA-nın fraqmentləri aşkar edib. Tambov Barıt Zavodunda baş vermiş partlayış hadisəsi terror aktı kimi təsnif edilib, RosSMI məlumat yayıb.
“Kommersant” xəbər verir ki, hadisə yerindən təkərlər, mühərrik parçası, karbürator, şassi və digər hissələr götürülüb.
Zərbənin binanın damına dəydiyi təsdiqlənir. Partlayışın araşdırılması Rusiya Federasiyasının Baş İstintaq İdarəsinin dördüncü istintaq şöbəsinə həvalə edilib.
Oxuməni.az




































































.jpg-2.jpg)














