Qəzza zolağında atəşkəs başlayıb
Fələstinin Həmas hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minib.
Bu barədə Yaxın Şərq KİV-ləri məlumat yayıb.
Münaqişə tərəfləri arasında Fələstin anklavında 4 günlük atəşkəs haqqında razılaşma yerli vaxtla qüvvəyə minməyə başlayıb. Qəzza şəhərində vəziyyət hələ də sakitdir.
Müvəqqəti atəşkəsə bir neçə saat qalmış İsrail ordusunun mətbuat xidməti iki dəfə Fələstin anklavı ilə həmsərhəd ərazilərdə sirenlərin işə düşdüyünü bildirib. Və anklavın özündə İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Beyt Lahiya kəndində yerləşən İndoneziya xəstəxanasına hücum edib. Hücum zamanı azı bir nəfər ölüb, daha üç nəfər yaralanıb.
Xəbər verildiyi kimi, atəşkəs zamanı HƏMAS girovların ilk qrupunu - birinci mərhələdə planlaşdırılan 50 nəfərdən 13 nəfərini azad etməli olacaq.İsrail buna cavab olaraq 150 fələstinli məhbusu azad edəcək. Bundan əlavə, sazişdə nəzərdə tutulur ki, humanitar yardım və yanacaq daşıyan yük maşınları - ümumilikdə təxminən 300-dək yükü Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına çatdıracaq.
Dünən İsrailin müdafiə naziri Yoav Gallant bildirib ki, HƏMAS ilə qısamüddətli müvəqqəti barışıq başa çatan kimi hərbçilər intensiv döyüşləri bərpa edəcək və bu, ən azı iki ay davam edəcək.
Oxuməni.az




































































.jpg-2.jpg)














