
Moldova Dnestryanıda Rusiya prezident seçkiləri ilə bağlı seçki məntəqələrinin açılmasına icazə verməyəcək
Moldova hakimiyyəti Dnestryanı ərazisində Rusiya prezident seçkiləri ilə bağlı seçki məntəqələrinin açılmasına icazə verməyəcək. Bunu “Jurnal” telekanalına müsahibəsində parlamentin sədri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri İqor Qrosu deyib.
“Moldova Respublikasının razılığı olmadan onun ərazisində seçki məntəqələrinin açılmasını qanunsuzdur”, -deyə Grosu bəyan edib.
Spiker açıq şəkildə bildirib ki, Moldova hakimiyyəti bunun qarşısını alacaq və Rusiyadan olan seçki təşkilatçılarını ölkəyə buraxmayacaq: “Düşünürəm ki, biz nəsə edə bilərik. Biz bunu başqa hallarda etmişik və indi də qətiyyətlə hərəkət etməliyik”.
Qrosu əlavə edib ki, Moldova hakimiyyəti Rusiyanın Kişinyovdakı səfirliyinin ərazisində səsverməni qadağan edə bilər.
Oxuməni.az