“Bakı 2015”-ə 1,3 mlrd. manat ayrılacaq

“Bakı 2015”-ə 1,3 mlrd. manat ayrılacaq

14 Oktyabr 2014 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

2015-ci ilin Azərbaycanın dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitlərdən Bakıda I Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlərlə bağlı xərclərə 1,3 mlrd. manat xərclənəcək.

Bu barədə Maliyyə Nairliyinin açıqladığı 2015-ci ilin dövlət və icmal büdcələrinin təqdimatında bildirilir.

Qeyd edək ki, 2015-ci il dövlət büdcəsində əsaslı xərclər üçün 9 366 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 965,0 mln. manat və ya 11,5% çoxdur. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 44,4% təşkil edəcək.

Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərindən 6930,0 mln. manat xərclənməsi nəzərdə tutulub.

Mediainfo.az