
Citroen Ami-nin qardaşı Fiat Topolino
Fiat şirkəti "Topolino" adlı yeni elektrik avtomobilini təqdim etdi. Citroen Aminin qardaşı kimi görünən avtomobilin texniki xüsusiyyətləri və qiyməti açıqlanmayıb. Ən çox seçilən avtomobil markaları siyahısına başçılıq edən Fiat bir neçə ay əvvəl "Topolino" adlı yeni elektrikli avtomobili haqqında məlumat vermişdı. İndi isə Topolino ilə bağlı yeni bir inkişaf var. Fiat, Citroen Aminin qardaşı kimi təqdim edilən "Topolino" üçün yeni görüntülər və məlumatlar paylaşdı.
Fiatın öz elektrik avtomobilinə verdiyi ad "körpə siçan" deməkdir. Buradan deyə bilərsiniz ki, avtomobil kifayət qədər kiçikdir. Dizayn baxımından Citroen Ami-nin qapısız variantı kimi qarşıya çıxan elektrikli avtomobil, turizm mərkəzlərində istifadə üçün daha uyğun görünür. Ancaq bu gün paylaşılan yeni görüntülər Topolino-nun qapılı versiyalarının da olacağını ortaya qoyur. Fiat-ın açıqlamasına görə, Topolino 75 kilometrə qədər məsafəni təklif edir. Avtomobilin maksimal sürəti 45 km/saat olaraq açıqlanıb. Buradan belə şərh edə bilərik ki, Citroen Ami-də 6 kVt gücə malik elektrik mühərriki Fiat Topolinoda da var.
Fiat Topolino sürətli şarj dəstəyinə malikdir. Açıqlamaya görə, istehlakçılar bu elektromobili 4 saat ərzində tam doldura biləcəklər.
Fiat Topolino-nu iki fərqli versiya kimi satacaq. Onlardan biri adi versiya, digəri isə Dolcevitadır. Normal versiyada qapı dizaynı olacaq. Dolcevita versiyası qapı yerinə qapı ipi ilə gələcək. Fiatın İtaliyadakı saytında Topolino haqqında əlavə məlumat verilmir. Hələ ki, maşının qiymətini bilmirik. Digər tərəfdən Topolinonun ölkəmizə gəlib-gəlməyəcəyi dəqiq deyil...
Murad Şahməmməd