Kəbənin ətrafına müvəqqəti olaraq iki mərtəbəli poladdan halqa quraşdırılıb
Səudiyyə Ərəbistanında Kral Abdullah bin Əbdüləzizin qərarı ilə Kəbənin genişləndirilməsi layihəsi çərçivəsində işlər davam edir. Oxumeni.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təmir işləri ilə bağlı olaraq təvaf sahəsinin kiçilməsi səbəbi ilə Kəbənin ətrafına müvəqqəti olaraq iki mərtəbəli poladdan halqa quraşdırılıb.
Müvəqqəti təvaf sahəsinin üst mərtəbəsi yaxın günlərdə istifadəyə veriləcək. Aşağı mərtəbə isə Ramazandan sonra, Həcc ziyarətlərinin başlamasından öncə hazır olacaq. Kəbə və ətrafındakı genişləndirilmə işləri tamamlandıqdan sonra iki mərtəbəli müvəqqəti tikinti söküləcək. Səlahiyyətlilər layihə tamamlandıqdan sonra saatda 150 min nəfərin eyni vaxtda təvaf edə biləcəyini bildirirlər.
O.M.
Digər xəbərlər