Azərbaycan dili Kürdüstanda rəsmi dil oldu
İraq Kürdüstan Regional Rəhbərliyinin başçısı Məsud Bərzani Kürdüstan bölgəsində türkman, suryani və erməni dilinin rəsmi dil olması haqda qanunu təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Kürdüstan parlamentinin mətbuat müşaviri Tarık Cövhər mediaya açıqlamasında deyib. Onun sözlərinə görə, Məsud Bərzani qanunu təsdiqləyərək, qüvvəyə minməsi üçün hökumətə göndərib:
"Qanun 27 maddədən ibarətdir. İlk maddədə İraq və Kürdüstan bölgəsində kürdcə və ərəbcə rəsmi dil olaraq göstərilib. İkinci maddədə isə azlıqların yaşadıqları bölgələrdə kürdcədən əlavə türkman, suryani və erməni dilləri rəsmi dil kimi qəbul edilib".
Xatırladaq ki, İraq türkmanları – azərbaycanlılardır və onların danışdıqları dil də Azərbaycan dilidir.
Mediainfo.az
Digər xəbərlər