Azərbaycan- Aİ münasibətləri yüksələn xətt üzrə inkişaf edir
"Azərbaycan Parlamenti ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir".
Mediainfo.az-ın "Report"a istinadən xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında qurumun həmsədri Cavanşir Feyziyev deyib.
O, bu əlaqələrin daha da inkişaf etdirilməsinə çalışdıqlarını bildirib: "Azərbaycan bir çox sahələrdə Avropa İttifaqı ilə əməkdaşlıq edir".
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim çıxışında Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərindən məmnun olduğunu bildirib. O vurğulayıb ki, Avropa İttifaqı Azərbaycan üçün həm də ticari tərəfdaşdır: "Əməkdaşlığımız yalnız enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycanın böyük nəqliyyat qovşağına sahib olması əməkdaşlıqda xüsusi yer tutur".
O qeyd edib ki, regionda baş verənlər diqqət mərkəzindədir: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır".