Maduronun ilk işi Amerika səfirini ölkədən qovmaq oldu

Maduronun ilk işi Amerika səfirini ölkədən qovmaq oldu

23 May 2018 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Karakasdakı səfiri Todd Robinsona ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Amerikanın Venesueladakı prezident seçkisində "hiylə"yə yol verildiyini iddia etməsidir.

Maduro açıqlamasında Robinsonla köməkçisi Brian Naranjonun Venesuela hökuməti əleyhinə planları olduğunu əsas gətirərək onlara ölkədən getmələri üçün vaxt verdiyini deyib.