Tanınmış aparıcı “Lider”dən getdi

Tanınmış aparıcı “Lider”dən getdi

2 Oktyabr 2017 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

"Lider TV"- nin aparıcısı Vüsalə Səid telekanalı tərk edib.

Mediainfo.Az Yenicag.az-a istinadla xəbər verir ki, buna telekanalda yaranan maliyyə problemi səbəb olub. V.Səid məvacibi gecikdirildiyi üçün kanaldan ayrılmaq məcburiyyətində qalıb.

Aparıcı məlumatı təsdiqləyib. Vüsalə Səid daha öncə "AzTV"-də çalışıb. Hətta 2015-ci ildə Türkiyənin "Kanal D" telekanalında yayımlanan "Ben bilmem, eşim bilir" verilişinin qalibi olub.

Xatırladaq ki, son bir ildə "Lider TV"-nin bir çox tanınmış siması telekanalı tərk edib. Onların telekanalı tərk etməsi məvaciblərin aylarla gecikməsi ilə bağlıdır.