Aktyor 4 milyon dollara "Ay yapım"la anlaşdı
Yeni sezonda Kenan İmirzalıoğlu yeni serialda görünəcək
Yaraşıqlı aktyor Kenan İmirzalıoğlu "Ay yapım" şirkəti ilə yeni serialı üçün 4 milyon dollara razılaşdı.
Ən son "Ezel" serialı vasitəsilə heyranlarının görüşünə gələn ulduz adı çəkilən şirkətlə yeni sezon üçün masaya oturdu. Və nə az, nə çox, düz 4 milyon dollar qarşılığında müqaviləyə imzasını atdı. Hətta aldığımız məlumata görə, ünlü qonorarının yarısını nəğd olaraq bank hesabına köçürdüb artıq...
Haqqında bəhs etdiyimiz layihənin türk serial sektorunda daha başlamadan nə qədər iddialı olduğu Kenandan və ona verilən qonorardan bəllidir. Serialın digər iştirakçıları və nədən bəhs edəcəyi də izləyicilərin maraq dairəsini əhatə etməkdədir.
Günel Həbib
Digər xəbərlər