Paris  Yay Olimpiya Oyunlarınıda taekvondoçu Qaşım Maqomedov gümüş medal qazanıb

Paris  Yay Olimpiya Oyunlarınıda taekvondoçu Qaşım Maqomedov gümüş medal qazanıb

9 Avqust 2024 11:14
Bəyəndim (23) Bəyənmədim (0)


Dünən Parisdə keçirilən Yay Olimpiya Oyunlarının final mərhələsində Azərbaycan taekvondoçusu Qaşım Maqomedov(58 kq) Cənubi Koreya təmsilçisi Park Tae-Juna uduzaraq gümüş medal qazanıb.
Bizim idmançımız zədəli olsa da, o görüşü sona qədər davam etdiriərək əzmkarlıq göstərib.
Koreyalı olimpiya çempionu Park Tae-Jun rəqibinə podiuma qalxmağa köməklik edib.
Bu turnir, mənim həyatımın turniri idi, mən Olimpiya qızılını qazanmaq istəyirdim-gümüş mükafatçımız dörd ilin əsas idman yarışında qazandığı uğuru belə şərh edib.
Bu uğurdan sonra taekvondoçu Qaşım Maqomedovu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təbrik edib: “Paris Yay Olimpiya Oyunlarında gümüş medal qazanan taekvondoçu Qaşım Maqomedovu səmimi qəlbdən təbrik edirəm! Zəhmətiniz, iradəniz və qələbə arzunuz üçün sizə təşəkkür edirəm, idmançımıza cansağlığı və yeni nailiyyətlər arzulayıram!”

Almaz Həsənlı