Əfsanəvi Ronaldonun 4-cü toyu 3 gün, 3 gecə davam edəcək
Dünya futbolunun əfsanəvi oyunçusu, ikiqat dünya çempionu Ronaldo dördüncü dəfə evlənməyə hazırlaşır. Globo Esporte-nin məlumatına görə, sabiq hücumçunun budəfəki həyat yoldaşı Paula Moraes olacaq. 2015-ci ilin aprelinə nəzərdə tutulan toya artıq 1000 qonaq dəvət alıb. Tədbir Rio de Janeyrodan 170 km aralıda Buzios qəsəbəsində baş tutacaq. 38 yaşlı futbolçunun toyu 3 gün, 3 gecə davam edəcək .
Mediainfo.az
Digər xəbərlər