“Qarabağ” dünya klublarının reytinqində irəlilədi

“Qarabağ” dünya klublarının reytinqində irəlilədi

5 Sentyabr 2011 12:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdamın "Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünya klublarının yeni reytinq siyahısında mövqeyini bir qədər yaxşılaşdırıb. Aktivində 70,5 xal olan "Qarabağ" ötən aykı reytinq siyahısı ilə müqayisədə 23 pillə irəliləyərək 331-ci pillədən 308-ci pilləyə yüksəlib. "Qarabağ" siyahıda "Uiqan", "Almeriya", "Tuluza", "Rusenborq", "Kalyari" və digər məşhur klubları qabaqlayır. Reytinq siyahısının zirvəsinə gəldikdə isə "Barselona" əvvəlki kimi taxtını heç kimə güzəştə getmək fikrində deyil.

Reytinqinə görə, dünyanın ən güclü klubu olan Çempionlar Liqasının son qalibinin aktivində 331 xal var. İkinci yerdə qərarlaşmış "Real" (Madrid) 309, üçüncü "Mançester Yunayted" 287 xal, dördüncü "Portu" 264, beşinci "İnter" 244, "Şalke" 242, "Vilyareal" 240, "Veles Sarsfild" 237, "Mançester Siti" isə 236 xal toplayıb.

Ən azından komanda adına layiq olmağa çalışmalıdır.

Tofiq Əliyev

O.M.