"Çelsi" Fabreqasa görə 12 milyon avro istəyir

"Çelsi" Fabreqasa görə 12 milyon avro istəyir

7 Yanvar 2019 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

Hələlik Fabreqasın transferi ilə bağlı Londonun "Çelsi" futbol klubu və "Monako" arasında transfer qiyməti barədə hər hansı razılıq əldə edilməyib.

Mediainfo.az-ın Football.kulicki-yə istinadən verdiyi xəbərə görə, "Çelsi" ispaniyalı yarımmüdafiəçinin transferi üçün "Monako"dan 12 milyon avro tələb edir. Məsələ ilə bağlı "Mirror" nəşrinin yazdığına görə, "Monako" Fabreqasın transferi üçün "Çelsi"nin tələb etdiyi 12 milyon avroluq transfer qiymətini aşağı salmağa cəhd edir. Hazırda bununla bağlı tərəflər arasında danışıqlar davam edir.