Nazir Biləsuvarda qəbul keçirib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar, Beyləqan, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından vətəndaşları qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidməti xəbər verir ki, görüşdən öncə nazirHeydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.
Qəbula gəlmiş bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Mediainfo.az
Digər xəbərlər














































.jpg)

















































