Sumqayıt şagirdləri "EcoArt" layihəsində iştirak ediblər

Sumqayıt şagirdləri "EcoArt" layihəsində iştirak ediblər

26 Oktyabr 2016 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində "İnkişaf zamanı" proqramı və "MitOst"un dəstəyi ilə "Sosial dəyişikliklər naminə incəsənət" proyekti çərçivəsində "EcoArt" layihəsinin ilk mərhələsi keçirilib.

25 nömrəli məktəbdə keçirilən layihədə həmin məktəbin 20 şagirdinə ekoloji incəsənət mövzusunda təlimlər keçirilmişdir. Təlim görmüş şagirdlər tullantılardan əl işləri hazırlamaq vərdişlərinə yiyələnərək əl işləri hazırlamışlar.
Layihə təşkilatçılarından olan Toğrul Bayramlının sözlərinə görə, ekologiya elmi yer üzərində həyatın davamı və inkişafı üçün vacib olan bir istiqamətdir. Ekoloji biliklər yaş və peşədən asılı olmayaraq hamıya lazımdır. Bu səbəbdən, "EcoArt" layihəsinin icrasına start verilmişdir.
Layihənin əsas məqsədi diqqəti ekoloji problemlərə yönəldərək əhali arasında maarifləndirmənin aparılması, şəhərin daha təmiz görünüş alması, tullantıların təkrar emalının həvəsləndirilməsi, motivlərinin artırılması, ekoloji mədəniyyətin erkən yaşda formalaşdırılmasına nail olmaq, ekoloji tərbiyənin yaş səddini unudub bu işə könüllü yanaşan hər bir gəncin əli ilə digər insanlara da səsimizi yetirə bilməkdən ibarətdir. Həmçinin həyat üçün ətraf mühitin qorunmasının vacibliyini çatdırmaq, əhalinin tullantıları xüsusi konteynerlərə atmasına nail olmaq, vətəndaşları zibilatma mədəniyyətini və zibil qutularına atılmayan tullantıların ətraf mühitə zərərli olduğu fikrini aşılamaq, gənclərin ətraf mühit mövzusunda öz fikirlərini, düşüncələrini, qabiliyyət və bacarıqlarını nümayiş etdirmələrinə və bu sahədə təcrübə əldə etmələrinə imkan yaratmaq, məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında çəkilən rəsmlərlə əhali arasında informasiyanın daha da yayılmasına dəstək olmaqdan ibarətdir.
Qeyd edək ki, layihənin növbəti mərhələsində Sumqayıt şəhərində yerləşən məhəllələrdəki tullantı konteynerlərinin üzərində ekoloji problemlərə maraq oyadan, ekoloji mədəniyyəti, təmizliyi təbliğ edən rəsmlər çəkiləcəkdir.

14793900_1236737113064172_873844566_n.jpg 14794071_1236737196397497_1576313880_n.jpg 14794213_1236737173064166_1539763283_n.jpg

14797309_1236737139730836_1758272598_n.jpg 14798876_1236737149730835_1974571323_n.jpg 14801156_1236737073064176_1555566712_n.jpg

14804851_1236737379730812_2070109693_n.jpg 14804972_1236737053064178_30011589_n.jpg 14805546_1236737203064163_1326196111_n.jpg

Əlihüseyn ŞÜKÜROV