İdman naziri Şirvanda vətəndaşları qəbul edəcək

İdman naziri Şirvanda vətəndaşları qəbul edəcək

7 Dekabr 2016 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclər və İdman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəhəri, Xəqani küçəsi -1, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunanan rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Mediainfo.az