Rabitə naziri Neftçalada vətəndaşları qəbul edib
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Neftçala şəhərində Neftçala, Salyan, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Apa-nın Mil-Muğan bürosunun məlumata görə, vətəndaşların müraciətləri əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həll edilib.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
Regional səfər çərçivəsində nazir aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Toplantıda R. Quluzadə müvafiq sahə rəhbərlərinə işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib.
Mediainfo.az














































.jpg)

















































