Mübariz Qurbanlı Biləsuvarda vətəndaşlarla görüşüb

Mübariz Qurbanlı Biləsuvarda vətəndaşlarla görüşüb

22 Dekabr 2016 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Biləsuvardakı Heydər Əliyev Mərkəzində Biləsuvar, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda 16 vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini ədəbiyyatla təmin olunma və sair məsələlərlə bağlı olub.

Bir çox müraciətlər yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Mediainfo.az