Komitə sədri Siyəzəndə vətəndaşları qəbul etdi

Komitə sədri Siyəzəndə vətəndaşları qəbul etdi

29 Dekabr 2016 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Mediainfo.az