Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul edib -FOTO

Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul edib -FOTO

24 Fevral 2017 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Xaçmaz şəhərində vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında keçirilən qəbulda Xaçmaz, Qusar, Quba, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.