Milli Məclisdə Gəncə-Naxçıvan aviareysinin bərpa olunması təklif edilib
"Gəncə Beynəlxalq Hava Limanının potensialından maksimim istifadə olunmur".
Apa-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı sədri, deputat Naqif Həmzəyev Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib. Onun fikrincə Gəncə-Naxçıvan aviareysinin bağlanması Gəncə və ətraf bölgədə turizmin inkişafında, o cümlədən burada təhsil alan tələbələrin gediş-gəlişində çətinlik yaradır".
Deputat, Beynəlxalq Hava Limanında Gəncə sözünün yerinə "Kirovoabad" (KVD) yazıldığını xatırladıb, bunun aradan qaldırılmasını istəyib.
Mediainfo.az
Digər xəbərlər














































.jpg)

















































