Sabah isti hava  şəraiti davam edəcək

Sabah isti hava şəraiti davam edəcək

19 May 2018 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah respublikamızın ərazisində isti hava şəraiti davam edəcək.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Mayın 20-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 26-30, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Mayın 20-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Mayın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.