Gömrük komitəsində kadr islahatları davam edəcək
Ötən gün Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər.
Mediainfo.az saytının DGK Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, bu, qanunvericiliklə nəzərdə tutulmuş adi prosedur qaydadır və gömrük sistemində həyata keçirilən kadr islahatlarının tərkib hissəsidir.
Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələri və medya nümayəndələrini əsassız və jurnalist təxəyyülünün məhsulu olan məlumatları yayımlayarkən diqqətli olmağa, rəsmi olaraq təsdiq edilməyən informasiyaları ictimailəşdirərkən və şərh edərkən komitənin mövqeyinin də nəzərə alınmasının düzgün və dolğun xəbər verilməsi baxımından faydalı olacağı qənaətindədir.



















































.jpg)










































